• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

ABŞ-də seçki xərclərinin rekord qıracağı gözlənilir

DÜNYA

18 Oktyabr 2024 | 13:05

ABŞ-də seçki xərclərinin rekord qıracağı gözlənilir

ABŞ-də seçki xərclərinin ümumilikdə ən azı 15,9 milyard dollara çatacağı və 2024-cü il seçkilərinin indiyə qədər ən bahalı seçki olacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Bütün dünyanın gözlədiyi ABŞ-də baş tutacaq seçkilərə sayılı günlər qalıb.

Prezidentliyə namizədlər arasında rəqabət artdıqca, noyabrın 5-də seçkiyə gedəcək amerikalılar ölkənin yeni liderini müəyyənləşdirəcək. 

Kampaniyalar çərçivəsində aparılan işlər intensivləşsə də, bunun üçün xərclənən vəsaitin həcmi milyardlarla dollara çatacaq.

Siyasətdə pul axını və onun seçkilərə və siyasətə təsirini izləmək məqsədilə OpenSecrets məlumatlarından toplanan məlumata görə, seçki xərclərinin ümumilikdə ən azı 15,9 milyard dollara çatacağı gözlənilir. 

Söz mövzusu xərcləmə məbləği ilə 2024-cü il seçkilərinin indiyə qədər ən çox xərc tələb edən seçki olacağı təxmin edilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR