• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda EJU-nun tibbi seminarı başlayıb

İDMAN

18 Oktyabr 2024 | 12:30 | Müəllif: Əli Hüseynov

Bakıda EJU-nun tibbi seminarı başlayıb

Bakıda Avropa Cüdo İttifaqının (EJU) beynəlxalq tibbi seminarı başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibb işçiləri arasında təcrübə mübadiləsi aparmaq və ən yeni informasiyaya yiyələnməkdir.

Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi təminatı sahəsində tədqiqatların nəticələrini bölüşəcəklər. Bu sahədəki yeniliklər, idman zədələrinin reabilitasiyası və müalicəsinin müxtəlif üsulları müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi xidmət sahəsində ən son qlobal tendensiyalar haqqında məlumat əldə etmək imkanı verəcək. İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026