• Bakı 11° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Azərbaycan yığması ilk xalını qazanıb – YENİLƏNİB

İDMAN

16 Noyabr 2024 | 19:58

Azərbaycan yığması ilk xalını qazanıb – YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

19:05

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

 

18:50

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

 

18:00

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.


SON XƏBƏRLƏR