• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Kərim Benzema futbolçu karyerasını başa vurur

İDMAN

16 Dekabr 2024 | 14:25 | Müəllif: Qalib İbrahimoğlu

Kərim Benzema futbolçu karyerasını başa vurur

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema gələcək karyerası ilə bağlı qərarını verib.

Bakıvaxtı.az xəbər verir ki, xarici mətbuatda yer alan məlumata görə, 37 yaşlı forvard gələn ilin may ayında futbolla vidalaşacaq.

Onun yeni iş yerinin bəlli olduğu da bildirilir. Belə kİ, Benzema karyerasını bitirdikdən sonra sabiq komandası olan İspaniyanın “Real Madrid” klubunun səfiri olacaq.

Qeyd edək ki, K. Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026