"Qarabağ"dan Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Nəticələr A Seriyası təmsilçisinin ABŞ-dəki nümayəndə heyətinə göndərilib. 28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-nəşq toplanışına qatılmayacaq.
"Flamenqo" yanvarın 20-də "San-Paulu" ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək. Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Bundan əlavə, forvard "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcək. Onun yanvarın 25-də eyni yarışda "Volta Redonda" ilə görüşdə debütü gözlənilir.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.