Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə beynəlxalq yarışın mükafatını qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc mükafata sahib çıxıb.
U17 kateqoriyasında yarışan Onur inamlı oyun sayəsində yarımfinala yüksəlsə də, bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq. Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.