• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paralimpiyaçımız Avstriyada keçirilən beynəlxalq turnirdə finala yüksəlib

İDMAN

15 Mart 2025 | 17:22 | Müəllif: Gülşən Şərif

Paralimpiyaçımız Avstriyada keçirilən beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb

Bakıvaxtı.az xəbər verir ki, o,  Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində finala yüksəlib.

LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ilkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026