• Bakı 23° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Mourinyo yenidən "Real"ı çalışdıra bilər

İDMAN

14 Aprel 2025 | 13:30

Mourinyo yenidən Realı çalışdıra bilər

Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyonun yenidən İspaniya təmsilçisi "Real"a qayıtmaq ehtimalı var.

Bakıvaxtı.az "El Gol Digital"a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 62 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirə bilər.

Paytaxt təmsilçisi Almaniyanın "Bayer 04" klubunda işləyən Xabi Alonso ilə anlaşa bilməsə, Mourinyoya yönələcək. Təcrübəli baş məşqçiyə 2 mövsümlük müqavilə təklif ediləcək.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illər aralığında "Real"da çalışıb. O, İspaniya La Liqasının, ölkə kubokunun və Superkubokunun qalibi olub.


SON XƏBƏRLƏR

04 Iyun 2025