• Bakı C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

"Trabzonspor" klub tarixinin rekordunu QIRDI

İDMAN

14 Fevral 2025 | 04:30

Trabzonspor klub tarixinin rekordunu QIRDI

“Trabzonspor” bu qış yeni oyunçuların alınmasına xərclədiyi məbləğ baxımından klub rekordu qırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Taka Gazetesi” məlumat yayıb.

Xüsusilə, bu, ümumilikdə 12 milyon avro xərclənən "Şaxtyor"un ukraynalı oyunçuları Danilo Sikan və Aleksandr Zubkovun transferləri sayəsində baş verib.

Qaradənizlilər həmçinin, "Ayaçço"dan 25 yaşlı fransız yarımmüdafiəçi Tim Jabol-Folkarellinin alınmasına 1 milyon avro, “Qazişehir”dən isə 27 yaşlı sol cinah müdafiəçisi Mustafa Eskillağın alınmasına 400 min avroya  xərcləyib.

Beləliklə, bu qış klub transferlərə ümumilikdə 13,4 milyon avro xərcləyib ki, bu da Trabzonspor üçün bütün tarixində mütləq rekorddur.


SON XƏBƏRLƏR

18 Fevral 2025