UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Duşan Tadiç, Edin Ceko və Yussuf En-Nesiri vurublar.
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 20-də keçiriləcək.