• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq

İDMAN

15 Yanvar 2025 | 13:55

Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq

Portuqliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 90 matçda 81 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026