• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda "Böyük Dəbilqə" turnirinə bu gün start verilir

İDMAN

14 Fevral 2025 | 09:32

Bakıda "Böyük Dəbilqə" turnirinə bu gün start verilir

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq ilk yarış günündə Azərbaycanın 12 təmsilçisi tatamiyə çıxacaq.

Kişilərdən Əhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.

Qadınlarda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026