• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nazirlər Qubada basketbola baxdılar - FOTOLAR

İDMAN

16 Dekabr 2024 | 13:20

Nazirlər Qubada basketbola baxdılar - FOTOLAR

Dekabrın 15-də Azərbaycan Basketbol Liqasının VI turuna yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun Qubada keçirilən son qarşılaşmasında yerli komanda "Şəki"ni qəbul edib.

Oyunu təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Quba –Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi, eləcə də çoxsaylı ictimaiyyət nümayəndələri və idmansevərlər izləyib.

Görüş “Şəki”nin 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Bildirilib ki, son vaxtlar ölkənin şimal zonasında idmana, xüsusilə basketbola maraq xeyli artıb. Bu işdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyəti xüsusi rol oynayır.


Nazirlər Qubada basketbola baxdılar - FOTOLARNazirlər Qubada basketbola baxdılar - FOTOLARNazirlər Qubada basketbola baxdılar - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR