• Bakı 12° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Azərbaycanlı qrossmeyster qaçaqmalçılıqda ittiham olunaraq sorğu-sual edilib - VİDEO

İDMAN

16 Dekabr 2024 | 16:30

Azərbaycanlı qrossmeyster qaçaqmalçılıqda ittiham olunaraq sorğu-sual edilib - VİDEO

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.


SON XƏBƏRLƏR

16 Aprel 2025