• Bakı 21° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

"Sevilya" klubu bir neçə azərbaycanlı futbolçunu izləyir

İDMAN

15 Yanvar 2025 | 16:15

Sevilya klubu bir neçə azərbaycanlı futbolçunu izləyir

İspaniyanın "Sevilya" klubu "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, detallar barədə danışmayıb:

"Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik".

Rafael Bunyatov İspaniyanın "Barselona" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb.


SON XƏBƏRLƏR