• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

"Kəndlərdə səhiyyə xəritələri olmalıdır"

SİYASƏT

18 Oktyabr 2024 | 14:10

Kəndlərdə səhiyyə xəritələri olmalıdır

"Kəndlərdə səhiyyə xəritələri olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu xaritələr vasitəsilə müəyyən ərazidə hansı xəstəliyin daha çox yayıldığı, insanların daha çox hansı səbəbdən dünyasını dəyişməsi müəyyən edilə bilər.

Həmçinin deputat  böyük və ya kiçik olmasından asılı olmayaraq bəzi kəndlərdə tibb məntəqələrinin təmirsiz olmasını bildirib. Siyasətçi qeyd edib ki, bu məsələyə də diqqət yetirmək lazımdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR