• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Partlayış olan binanın sakini: Əvvəl güclü ildırım çaxdı, sonra dəhşətli...

HADİSƏ

18 Oktyabr 2024 | 11:27

Partlayış olan binanın sakini: Əvvəl güclü ildırım çaxdı, sonra dəhşətli...

Əvvəlcə güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gəncə şəhəri İsaq Cəfərov küçəsində partlayış baş verən beşmərtəbəli binanın sakini Yaşar Nəsibov deyib.

O, partlayışdan öncə ardıcıl ildırım çıxdığını və eşitdikləri gurultu səsinə oyandıqlarını söyləyib:

“Əvvəlcə bir neçə dəfə güclü ildırım çaxdı. Ailəliklə ildırımın səsinə oyandıq. Ardınca şiddətli gurultu eşidildi, qapı-pəncərə silkələndi. Səsin şokundan gurultunun qonşudakı partlayışın səsi olduğunu anında bilməmişdik.

Sonra pəncərədən gördüm ki, ətrafda dağıntı var. Öyrəndik ki, binada güclü partlayış olub, iki nəfər ölüb. Biz də, digər sakinlər də hələ hadisənin şokundayıq”.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026