• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Zəngəzur dəhlizinə doğru: Ermənistan geri addım atır

SİYASƏT

18 Oktyabr 2024 | 13:50

Zəngəzur dəhlizinə doğru: Ermənistan geri addım atır

“Qətiyyən şübhəmiz yoxdur ki, gec-tez Zəngəzur dəhlizinin açılmasına nail olacağıq. Azərbaycan bunun üçün əlindən gələni edir. O baxımdan hesab edirəm ki, dəhlizin fəaliyyətə başlamasına o qədər də çox qalmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir ki, Rusiya Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etmək tələbindən imtina etməsi ilə bağlı danışan deputat qeyd edib ki, Ermənistan tərəfi ziddiyyətli, ikibaşlı açıqlamalarla, qeyri-müəyyən bəyanatlarla prosesi mümkün qədər uzatmağa çalışır:

“Rəsmi Ermənistanın açıqlamaları çox ziddiyətlidir. Ermənistan bugünədək üçtərəfli bəyannamənin bəndlərinin hamısını qeyd-şərtsiz icra etməkdən boyun qaçırıb. Paşinyan ötən günədək fərqli fikirlərlə çıxış edib. Son günlərdə isə baş nazirin geri addım atmasının şahidi oluruq”.

Ceyhun Məmmədov: Aparılan danışıqlar öz nəticəsini verməyə başlayıb

Onun sözlərinə görə, İrəvan hökumətinin bu məsələlər üzərində daha çox imitasiya ilə məşğul olduğunu görürük. Müsahibimiz həmçinin bildirib ki, Ermənistan rəhbərliyi artıq Rusiya sərhədçilərinin dəhlizə nəzarət etməsinin mümkünlüyündən danışır. Bu isə özlüyündə mesaj hesab edilməlidir:

“Ermənistan rəhbərliyi artıq Rusiya sərhədçilərinin dəhlizə nəzarət etməsinin mümkünlüyündən danışır. Bu da onu göstərir ki, Zəngəzur dəhlizi istiqamətində aparılan danışıqlar, müzakirələr nəticə verməyə başlayıb.

Deputat fikirlərinin yekunu olaraq diqqətə çatdırıb ki, Azərbaycanın hədəflərinə çatacağı gün uzaqda deyil:

“Bu proses mərhələli şəkildə baş tutacaq. İrəvan hökuməti anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə məhz Ermənistanın özü üçün faydalıdır, zərurətdir, həm də öhdəlikdir. Zəngəzur dəhlizi mütləq açılmalıdır və bunun Azərbaycan bütün addımları atmaqdadır. Rusiya da dəhlizin tezliklə fəaliyyətə başlamasında maraqlıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR