• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hərbi vəzifəlilər...

CƏMİYYƏT

18 Oktyabr 2024 | 11:04

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hərbi vəzifəlilər...

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.

Təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hərbi vəzifəlilər...Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hərbi vəzifəlilər...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR