• Bakı 11° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

"Azərişıq": "Enerji istehsalının 17 %-dən çoxu bərpa olunan enerjinin payına düşür"

CƏMİYYƏT

16 Noyabr 2024 | 17:51

Azərişıq: Enerji istehsalının 17 %-dən çoxu bərpa olunan enerjinin payına düşür

Azərbaycanda istehsal olunan elektrik enerjisinin 17 %-dən çoxu bərpa olunan enerjinin payına düşür. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib. 

"Hazırda səhmdar cəmiyyətinə məxsus Külək Enerji Parkında aylıq orta hesabla 6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur. Ümumiyyətlə, bu rəqəm 5 milyon kilovat/saatdan aşağı düşmür. Parkın ümumi gücü 50 meqavatdır. Bu göstərici ilə illik orta hesabla 100 minə yaxın abunəçini elektrik enerjisi ilə təmin etmək olur. Bu o deməkdir ki, istehlakçıların müəyyən hissəsinin enerjiyə tələbatı məhz bu parkın hesabına ödənilir", - o vurğulayıb.

Direktorun sözlərinə görə, Azərbaycanda kiçik su, günəş elektrik stansiyaları və digər mənbələrdən əldə edilən elektrik enerjisi ümumi sistemə inteqrasiya olunub: "Deyə bilərəm ki, ölkədə istehsal edilən elektrik enerjisinin 17 %-dən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə sistemləri tələb olunur. Bu, rəqəmsal texnologiyalardır. İnnovativ həllər əsasında onların tətbiqi həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkənin digər bölgələrində tətbiq olunur. Ümumiyyətlə, "Azərişıq" mərkəzləşdirilmiş idarəetmə, dispeçer idarəetməsini artıq bu gün 04 kilovoltluk şəbəkələrin idarə olunması səviyyəsinə çatdırıb. Bizim 3 milyona yaxın abunəçilərdən təxminən yarısı smart sayğaca təmin olunub. Digər sayğaclara məsafədən sayğacların oxuması üçün avtomatik sayğac oxuma sistemi tətbiq olunur. Bu, artıq işğaldan azad olunmuş ərazilərdə 100 % təmin edilib. Bunun digər bölgələrdə də mərhələli şəkildə tətbiqi davam edir".


SON XƏBƏRLƏR