• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi icra olunur

CƏMİYYƏT

18 Oktyabr 2024 | 12:35

Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi icra olunur

Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

    Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.


    SON XƏBƏRLƏR