Türkiyədə ağır yol qəzası olub.
Bakıvaxtı.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunda qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində dörd nəfər ölüb, çoxlu insan yaralanıb. Xəsarət alanların sayı hələ ki məlum deyil.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
















