• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Yamal üçün 250 milyon avroluq təklifdən imtina etdilər

İDMAN

18 Oktyabr 2024 | 12:15

Yamal üçün 250 milyon avroluq təklifdən imtina etdilər

İspaniyanın "Barselona" klubu bu il futbolçusu Lamin Yamal üçün 250 milyon avroluq təklifdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta açıqlama verib.

"Altı ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifi ilə müraciət etdilər. Amma bu təklifi rədd etdim. O, dünyanın ən məşhur futbolçusudur", - deyə X.Laporta bildirib.

Deyilənə görə, L.Yamal üçün 250 milyon ödəməyə hazır olan klub PSJ-dir (Fransa).

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi İspaniya yığmasının tərkibində AVR0-2024-ün qalibi olub.


SON XƏBƏRLƏR