• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Milli Məclisdən İcbari Tibbi Sığorta Fondu ilə bağlı QƏRAR

SİYASƏT

18 Oktyabr 2024 | 14:15

Milli Məclisdən İcbari Tibbi Sığorta Fondu ilə bağlı QƏRAR

İcbari Tibbi Sığorta Fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsində əksini tapıb.

Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. 

Vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəvac verə edəcək bu layihədə sözügedən qanunlara bütövlükdə 80-dən çox mahiyyət xarakterli, eləcə də 100-dən artlq texniki, stilistik və redaktə xarakterli dəyişiklik təklif olunur. 

Çoxsaylı kəmiyyət dəyişikliyi və bu xüsusda dərman vasitələrinin pozitiv siyahısı, şərti kompensasiya məbləği kimi anlayışların milli qanunvericilikdə ilk dəfə təsbit olunması mütərəqqi dəyişikliklərin əhəmiyyətini sübut edir. 

Bildirilib ki, layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilmiş və geniş şəkildə araşdırılıb.

Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilmişdir ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır.

Bundan başqa, layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə), icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Layihəyə əsasən, ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. Həmçinin layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb.

Layihə I oxunuşda səsə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR