• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

“TeamGym” üzrə Avropa çempionatında bu gün ilk mükafatçılar müəyyənləşəcək

İDMAN

18 Oktyabr 2024 | 12:18

“TeamGym” üzrə Avropa çempionatında bu gün ilk mükafatçılar müəyyənləşəcək

Bakıda keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında bu gün ilk mükafatçılar müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin finalında yeniyetmə oğlanlardan və qızlardan ibarət kollektivlər, eləcə də qarışıq komandalar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində çıxış edəcəklər.

Yekunda 3 proqramın cəminə görə ən yüksək xalı toplayan 3 kollektiv fəxri kürsüdə yer alacaq.

İlk olaraq oğlanlar qüvvəsini sınayacaq. Daha sonra qarışıq komandalar və qadınlar mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə yalnız böyük kişi gimnastlardan ibarət komanda ilə təmsil olunan Azərbaycan millisi təsnifat mərhələsində ilk "altılıq"dan kənarda qaldığı üçün finala yüksələ bilməyib və yarışı medalsız başa vurub.

14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.


SON XƏBƏRLƏR