• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Marsda insan üzünə bənzəyən qaya aşkarlandı

CƏMİYYƏT

18 Oktyabr 2024 | 09:31

Marsda insan üzünə bənzəyən qaya aşkarlandı

NASA-nın "Perseverance" roverinin Marsda çəkdiyi görüntü insan üzünə bənzəyən qaya əmələ gəlməsini aşkar edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu il sentyabrın 27-də çəkilmiş bu görüntü, qayaların formalarının zamanla nə qədər yanıltıcı ola biləcəyini bir daha ortaya qoyur.

Marsın səthindəki bu qaya insan başına bənzəyir. Bu optik illüziya "pareidoliya" kimi tanınan bir fenomenə əsaslanır. Bu fenomen insan beyninin tanış formaları və naxışları qavramaq meylinə aiddir.

Marsda belə maraqlı formalar əvvəllər də görülüb. Daha əvvəl də ayı üzü, döyüşçü fiquru, qaşıq və hətta həşərat kimi təsvirlər qeydə alınıb.

Alimlər belə təsvirlərin təsadüfi forma və kölgələrin birləşməsindən yarandığını bildirirlər. Bununla belə, insan gözünün bu cür oxşarlıqları tez fərq edə bilməsi Marsın kəşfiyyatının həmişə maraqlı olmasını təmin edir. Hələ Marsda mürəkkəb həyat formalarının izlərinə rast gəlinməsə də, bu cür sirlər bəlkə də gələcəkdə insanlı Mars missiyaları ilə həll olunacaq.

Murad Məmmədli


SON XƏBƏRLƏR

17 Oktyabr 2024