• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

"Mingəçevir reqatası-2024”ə bu gün yekun vurulacaq

İDMAN

18 Oktyabr 2024 | 09:08

Mingəçevir reqatası-2024”ə bu gün yekun vurulacaq

Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 11 medala (3 qızıl, 3 gümüş, 5 bürünc) sahib çıxıblar.

Yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, reqatanın yekununda bağlanış mərasimi baş tutacaq.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024