• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq

İQTİSADİYYAT

18 Oktyabr 2024 | 10:50

Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq

2027-ci ilə qədər Azərbaycanda 2,8 milyard ABŞ dolları məbləğində xarici və yerli investisiya hesabına 2 QVt gücündə sənayemiqyaslı 8 günəş və külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır ki, bu da Azərbaycanın "yaşıl enerji" cığırı ilə sürətlə irəlildiyini, bu prosesin artıq geriyədönməz olduğunu göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, "yaşıl enerji" növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024