• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN

DÜNYA

18 Oktyabr 2024 | 11:52

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır - İran XİN

İsrailin Fələstin və Livanda apardığı müharibənin yayılması təhlükəsi var, ona görə də regional problemləri dinc, diplomatik və siyasi danışıqlar yolu ilə həll etmək lazımdır.

Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Ərakçi oktyabrın 18-də İstanbulda bildirib.

Onun sözlərinə görə, bölgədəki təhlükəli vəziyyəti nəzərə alaraq, İordaniya və Misirdən sonra Türkiyəyə səfər edib: “Bu səfər xarici işlər nazirlərinin "3+3" formatında ikinci görüşü ilə üst-üstə düşüb”.

Abbas Ərakçi "3+3" toplantısının Gürcüstanın iştirakı olmadan keçiriləcəyini işarə edərək deyib ki, regionun digər ölkələri Qafqaz bölgəsindəki məsələlərlə bağlı danışıqları, hərəkətləri əlaqələndirməyə hazır olduqlarını nümayiş etdiriblər. Biz ehtiyatlı olmalıyıq. Regional problemlərin sülh yolu ilə həlli, təhlükəsizliyin təmini və siyasi razılaşmaların bölgəyə sülh və sabitlik gətirməsinə çalışmalıyıq”.

Nazir vurğulayıb ki, Türkiyə ilə həmişə yaxşı münasibətləri olub və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşlər zamanı regional məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının iştirakı ilə "3+3" formatının bövbəti toplantısı keçiriləcək.


SON XƏBƏRLƏR