• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Azərbaycanda bələdiyyələrin sayı AZADILDI - RƏSMİ

SİYASƏT

18 Oktyabr 2024 | 13:25

Azərbaycanda bələdiyyələrin sayı AZADILDI - RƏSMİ

Azərbaycanda bələdiyyələr birləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında mükazirəyə çıxarılan Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələr də birləşdirilir. 

Eyni zamanda, birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, yol verilir. 

Bu qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin sayının 685-ə endirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ayihələr I oxunuşda səsə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR