• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ADY sərnişin daşınmasını artırıb

CƏMİYYƏT

06 Oktyabr 2026 | 13:20 | Müəllif: Günəş Mərd

ADY sərnişin daşınmasını artırıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb.

Bu barədə Bakıvaxtı.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24 % artım qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026