Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
1.Belarus
90 gün
2.Gürcüstan
90 gün
3.Qazaxıstan
90 gün
4.Qırğızıstan
90 gün
5.Moldova
90 gün
6.Özbəkistan
90 gün
7.Rusiya
90 gün
8.Tacikistan
90 gün
9.Ukrayna
90 gün
10.Türkiyə
90 gün
11.Qətər
30 gün
Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.
12.Birləşmiş Ərəb Əmirlikləri
90 gün
13.Serbiya
90 gün
14.Albaniya
90 gün
15.Mərakeş
90 gün
Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar./Referans.az/