• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Zəngəzur dəhlizinin açılması digərlərinin mövqeyindən asılı məsələ deyil

SİYASƏT

18 Oktyabr 2024 | 10:45

Zəngəzur dəhlizinin açılması digərlərinin mövqeyindən asılı məsələ deyil

"Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq güc faktorlarının mövqelərində uyğunsuzluq mövcuddur".

Bakivaxti.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İsmayılov deyib.

Ekspert bildirib ki, İrana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun regional kommunikasiyaların yeni formatları ətrafında müzakirə aparması şübhəsizdir:

"İran özünün daha məzhəbçi baxışları və "ideoloji" yanaşmları səbəbindən regionda Zəngəzur dəhlizinin açılmasının əleyhinə fəaliyyət göstərir. Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeləri bəllidir. Burada 10 noyabr üçtərəfli bəyanatı var və Rusiyanın bu proyekti dəstəklədiyini bilirik. Eyni zamanda Türkiyə və Mərkəzi Asiya ölkələrinin və hətta Çinin də Zəngəzur dəhlizi ilə bağlı iqtisadi maraqları mövcuddur. Lakin İranın məhz türk dünyasının qovuşmasından çəkinməyi, həmçinin İran ərazisindən istifadə etmədən Azərbaycanın digər ərazilərindən Naxçıvana quru, lojistik yolun çəkilmə imkanları ilə bağlı mövqeyimiz ciddi formada İranı narahat edir. İran bu gün ermənidən daha çox ermənilik edərək Zəngəzur dəhlizi layihəsini əngəlləməyə çalışır".

T.İsmayılov vurğulayıb ki, Azərbaycan-İran arasında imzalanmış Tehran memorandumu İran ərazisindən istifadə etməklə Naxçıvana lojistik xəttin imkanlarını bəyan edir:

"Biz İran ərazisindən istifadə edərək Naxçıvanla əlaqə qura bilirik. Amma gələcəkdə yeni regional transferlərin, yükdaşımaların daha ucuz qiymətə, sərfiyyatı aşağı olan yük daşımalarını həyata keçirmək üçün İran ərazisi Avropa dövlətləri tərəfindən məqbul hesab edilir. Düşünürəm ki, məzh bu faktora görə də, Qərb dövlətləri İran ərazisindən reallaşacaq hansısa bir layihəni dəstəkləmirlər”.

Tural İsmayılov, politoloq

Onun sözlərinə görə, amma hər halda bu gün Zəngəzur dəhlizinin açılması Qərbin, yaxud digərlərinin mövqeyindən asılı məsələ deyil:

“Baxmayaraq ki, İranın təzyiqləri ilə Ermənistan 10 noyabr bəyanatından boyun qaçırır və Zəngəzur dəhlizini hər vəchlə əngəlləməyə çalışır, istənilən halda Zəngəzur dəhlizinin əleyhinə olan qüvvələrin sayı bu dəhlizi dəstəkləyən ölkələrin sayından azdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

17 Oktyabr 2024