• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Vətəndaşları aldadan dələduzlar saxlanıldı 

HADİSƏ

18 Oktyabr 2024 | 12:55

Vətəndaşları aldadan dələduzlar saxlanıldı 

Ötən gün Sumqayıt şəhəri, Abşeron və Nəsimi rayonlarında həyata keçirilən tədbirlər zamanı müxtəlif şəxslərə qarşı dələduzluq edən 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyini  mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə,  Sumqayıtda bir nəfərin 370, Abşeronda 4 vətəndaşın ümumilikdə 570, Nəsimi rayonunda isə 1 şəxsin 1900 manatını dələduzluq yolu ilə ələ keçirən 57 yaşlı E.Nəcəfov, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş 37 yaşlı Y.Əhmədov, 40 yaşlı X.Nəbiyeva və 31 yaşlı A.İsmayılova müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR