2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Belarusun ÜDM-i 4,5 faiz artıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Belarus Milli Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında cari qiymətlərlə ÜDM-in həcmi 180,4 milyard Belarus rublu təşkil edib.
Bununla yanaşı, 2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in deflyator indeksi 110 faiz olub.
Gülşən Şərif