ABŞ-nin bu il büdcə kəsiri 1,9 trilyon dollar və ya 6 faizdən çox ola bilər.
Bakıvaxtı.az "Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bu, "Milli federal borc: bütün kəsirlərin cəmi 28 trilyon dolları və ya ÜDM-in təxminən 100 faizini keçdi" məqaləsində qeyd olunub.
Məqalədə bildirilib ki, iqtisadçılar və siyasətçilər artan borcun faiz dərəcələrinə ciddi təzyiq göstərəcəyindən, iqtisadi artımın dayandırılacağından, digər prioritetləri sıxışdıra biləcəyindən, müharibə və ya digər böhran vəziyyətində Vaşinqtonun borc götürmə qabiliyyətinin azaldılacağından narahatdırlar. Əgər Konqres mövcüd vəziyyətlə bağlı heç bir addım atmasa, 2034-cü ilə qədər ümumi borc daha 22 trilyon dollar artacaq.
"Federal borc və büdcə kəsirləri müxtəlif xəyali hədləri aşdı və gözlənilən nəticələr özünü göstərmədi. Artıq bəzi xəbərdarlıq əlamətləri, o cümlədən ABŞ-nin kredit reytinqinin aşağı salınması və bəzi hərraclarda Xəzinədarlığın borcuna zəif tələbat var. Dollar dünyanın ehtiyat valyutası olaraq qalır və bu, digər böyük ölkələrlə müqayisədə ABŞ-də daha çox manevr imkanı verir. Risk var, amma maliyyə böhranı yoxdur", - məqalədə vurğulanıb.
Gülşən Şərif