Estoniya ölkənin cənubunda Rusiya ilə sərhədin yaxınlığında yeni hərbi baza yaradıb.
Bakıvaxtı.az “ERR” teleşirkətinə istinadən xəbər verir ki, “Reedo” bazası 14 tikilidən ibarətdir.
Yuba kəndində yerləşən bu bazaya min nəfərə qədər şəxsi heyət yerləşdirməyin mümkün olduğu qeyd olunub.
“ERR” qeyd edib ki, baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi istifadə ediləcək.