• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İlon Mask ilk dəfə təkbaşına mitinq keçirib - Trampa görə

DÜNYA

18 Oktyabr 2024 | 17:01 | Müəllif: Gülşən Şərif

İlon Mask ilk dəfə təkbaşına mitinq keçirib - Trampa görə

Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk seçki mitinqini keçirib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mask məktəbin auditoriyasında keçirdiyi mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçib səs verməyə çağırıb.

Əvvəllər siyasi cəhətdən aktiv olmadığını vurğulayan Mask çıxışında Konstitusiyanın üstünlüyünü vurğulayıb.

"İndi siyasi cəhətdən aktivəm. Çünki Amerikanın və sivilizasiyanın gələcəyinin təhlükə altında olduğunu düşünürəm. Konstitusiya sözün əsl mənasında ABŞ-ni bugünkü vəziyyətə gətirən fundamental dəyərlər toplusudur. Onun əleyhinə olan hər kəs ABŞ əleyhinədir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026