• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Abxaziyada sabitlik daha da pozulacaq - Bjaniya

DÜNYA

17 Noyabr 2024 | 14:43

Abxaziyada sabitlik daha da pozulacaq - Bjaniya

Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Abxaziya “prezidenti” Aslan Bjaniya deyib.

“Abxaziya müxalifətinin açıq şəkildə üstünlük verdiyi hərbi həll yolu sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana gətirib çıxaracaq. Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpası, investisiyaların cəlb edilməsi və Abxaziyanın iqtisadi inkişafı üçün şərait yaradacaq”, - Bjaniya bildirib.

Qeyd edək ki, Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.


SON XƏBƏRLƏR

21 Iyul 2025