• Bakı 13° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

CƏMİYYƏT

06 Dekabr 2025 | 11:39

Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında bu il Türk Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir. Proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, 6 və 7 dekabr tarixlərində saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq proqram çərçivəsində  proqram çərçivəsində müxtəlif Türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri təqdim olunur. “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” kimi filmlərin nümayişi , eyni zamanda bu filmlərlə yanaşı, “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.

ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində baş tutan bu proqram, animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyalara çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.


SON XƏBƏRLƏR

05 Dekabr 2025