• Bakı 25° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Zığ şosesində yeni svetoforlar quraşdırıldı

CƏMİYYƏT

05 Yanvar 2026 | 11:18

Zığ şosesində yeni svetoforlar quraşdırıldı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, yeni svetoforlar bu yollarda istifadəyə verilib:

1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;

2. Xətai rayonu, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;

3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR