• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İsraildə hərbi xidmət müddəti uzadıla bilər

DÜNYA

06 Dekabr 2025 | 00:36 | Müəllif: Subhan Mahmudov

İsraildə hərbi xidmət müddəti uzadıla bilər

İsrailin müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriç ölkə ordusunda (SAXAL) xidmət müddətini hazırkı 30-32 aydan 36 aya qədər uzatmaq niyyətindədirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Maariv" məlumat yayıb.

Əgər belə olarsa, hazırda xidmət edən və 2026-cı ildə tərxis olunması planlaşdırılan əsgərlər bunu təxirə salmaq məcburiyyətində qalacaqlar.

Eyni zamanda, SAXAL-a xidmət üçün çağırılan ehtiyatda olanların sayının 30 000 nəfər azaldılması təklif olunur. Onların yerinə yetirməli olduqları vəzifələr çağırışçılara həvalə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR