• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazir Ərdoğanın müdafiəsinə qalxdı

DÜNYA

04 Yanvar 2026 | 22:28 | Müəllif: Əli Hüseynov

Nazir Ərdoğanın müdafiəsinə qalxdı

Türkiyənin ədliyyə naziri Yilmaz Tunc Cümhuriyyət Xalq Partiyasinın (CXP) lideri Özğür Ozəli sərt tənqid edib. Nazir müxalifət liderini məsuliyyətsiz adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Yılmaz Tunç bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyənin hüquqi dövlət olduğunu xatırladaraq, prezident Rəcəb Teyyub Ərdoğanın həmişə beynəlxalq hüquqa hörmətlə yanaşdığını bildirib. Ədliyyə naziri deyib ki, müxalifət heç bir dövlət və beynəlxalq qurum qarşısında öhdəlik daşımadığı üçün məsuliyyətsiz davranmağa vərdiş edib.

"Özğür Ozelin prezident Ərdoğan haqda işlətdiyi sözlər məsuliyyətsizliyin və nəzakətsizliyin nümunəsidir", - nazir Yılmaz Tunc yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026