Macarıstan Avropa İttifaqınını Venesuela ilə bağlı mövqeyini dəstəkləməyən yeganə ölkə olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
Məlumata görə, Venesuela xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət edilməsinə çağırış yer alıb.
Eyni zamanda transmillli mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin beynəlxalq hüquqa uyğun aparılmasının vacibliyi vurğulanıb.
Sənəddə qeyd olunur ki, bu mövqeyi 26 Aİ üzvü dəstəkləyib. Macarıstan isə bəyanatı dəstəkləməyən yeganə Avropa İttifaqı ölkəsi olub.
Bakı 




