• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya ilə danışıqlar aparmalı olacağıq - Vadeful

DÜNYA

05 Dekabr 2025 | 20:15 | Müəllif: Subhan Mahmudov

Rusiya ilə danışıqlar aparmalı olacağıq - Vadeful

Bəzi məqamlarda Avropanın Rusiya ilə danışıqlara başlaması düzgün olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful bildirib.

“Bizim kursumuz aydındır: biz Ukraynanı dəstəkləyirik. Bununla belə, müəyyən məqamda Avropa səslərinin də Rusiya ilə koordinasiyalı şəkildə danışması doğru və məntiqli olacaq. Biz ümumilikdə buna hazırıq. Lakin almanlar olaraq biz bunu həmişə yalnız Avropa çərçivəsində razılaşdırılmış şəkildə edirik.

Amma zaman gələcək və biz danışıqlar aparmalı olacağıq, çünki yalnız ABŞ-ın və onların vasitəsilə gedən danışıqlar vəziyyətində daim qalmaq Avropa üçün o qədər də yaxşı hal deyil. Biz orada yoxuq”, – deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026