• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Nigeriyada silahlılar kəndə hücum etdi, 30 nəfər öldürüldü 

DÜNYA

04 Yanvar 2026 | 18:44

Nigeriyada silahlılar kəndə hücum etdi, 30 nəfər  öldürüldü 

Nigeriyanın şimalında silahlı qrupların hücumu nəticəsində azı 30 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Vanguard News" portalı məlumat yayıb.

Məlumata görə, hücum edənlər girovlar da götürüblər, onların dəqiq sayı hələ müəyyənləşdirilir. Yerli sakinlər isə ölənlərin sayının 37 nəfər olduğunu bildirirlər. Hadisə Niger ştatının ərazisində yerləşən Kasuvan-Dadji qəsəbəsində baş verib.

Silahlılar motosikletlərlə qəsəbəyə daxil olaraq ətrafa nizamsız atəş açıblar, mağazaları talayıb və yerli bazarı yandırıblar. Nigeriyanın müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr talançılıqla məşğul olur, insanları öldürür, fidyə üçün girov götürür və əhalini hədələyir. Hakimiyyət orqanları onlarla mübarizəyə ordu qüvvələrini də cəlb edir./Teleqraf 


SON XƏBƏRLƏR