• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Pakistanda silahlı hücum - Ölən və yaralananlar var

DÜNYA

05 Yanvar 2026 | 10:53

Pakistanda silahlı hücum - Ölən və yaralananlar var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində naməlum silahlılar partlayıcı qurğunu partladıb və sement zavodunun işçilərini daşıyan avtobusa atəş açıblar. Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, xilasetmə qrupları və təhlükəsizlik işçiləri hadisə yerinə gələrək yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar.

Mənbələr bildirib ki, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və silahlıları tapmaq üçün axtarış əməliyyatına başlayıblar.

Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.
 


SON XƏBƏRLƏR