2019-cu ildə beş illik müddətə seçilən Zelenski artıq yeddi ildir ki, vəzifədədir və məhz buna görə də təkcə Avropada deyil, həm də Kiyevdə güclü siyasi təzyiq altındadır.
Bakıvaxtı.az Britaniyanın " The Guardian" qəzetinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski 2026-cı ildə artıq çətinliklərlə üzləşməyə başlayıb.
Qəzetin yazdığına görə, Ukrayna özünü yorğun hiss edir.
"Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. O vaxtdan bəri ölkədə prezident seçkiləri keçirilməyib. Zelenskinin özü də legitimlik məsələsinin onu maraqlandırmadığını bildirib. Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, Zelenskinin legitimliyi başa çatıb, ona görə də Kiyevdə hüquqi cəhətdən məcburi sənədləri imzalamaq üçün kiminlə işləməli olduğunu anlamaq vacibdir. Hazırkı Ukrayna rəhbərliyi qeyri-legitimdir və bu, istənilən danışıqlar nəticəsini dəyərsizləşdirəcək hüquqi münaqişə riski yaradır", - məqalədə vurğulanıb.
Gülşən Şərif
Bakı 




