• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğan: Türkiyə Qəzzada açar ölkə rolundadır

DÜNYA

05 Yanvar 2026 | 12:50 | Müəllif: Əli Hüseynov

Ərdoğan: Türkiyə Qəzzada açar ölkə rolundadır

Türkiyənin iştirakı olmadan Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin legitimlik qazanması çətin olar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg“ə müsahibəsində deyib.

    “Fələstinlə dərin tarixi əlaqələrimizi, İsraillə təhlükəsizlik və diplomatik kanallarımızı və NATO ölkəsi kimi regional nüfuzumuzu nəzərə alsaq biz bu cür missiya üçün açar ölkə rolundayıq. Bizim siyasi iradəmiz aydındır. Türkiyə Qəzzada davamlı sülhün təmin edilməsi üçün istənilən məsuliyyəti öhdəsinə götürməyə hazırdır”, - Ərdoğan vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026