• Bakı C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9859

    RUB - 2.1157

Tramp Putinə inanmır

DÜNYA

05 Yanvar 2026 | 10:06

Tramp Putinə inanmır

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etdiyinə inanmır.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

Jurnalistlər Trampa xatırladıblar ki, o, Ukraynanın Novqoroda zərbə endirməsi səbəbilə Prezident Volodimir Zelenskiyə qarşı son dərəcə qəzəbli olduğunu demişdi. Buna cavab olaraq Tramp qeyd edib ki, belə bir zərbənin ümumiyyətlə baş verdiyinə inanmır.

“O zaman heç kim heç nə bilmirdi. Bunu ilk dəfə məhz həmin anda eşitdim. Putin dedi ki, evi hücuma məruz qalıb. Biz bunun baş verdiyinə inanmırıq. Ən azı indi yoxlama imkanımız olmadığı üçün. Amma o vaxt bu barədə ümumiyyətlə ilk dəfə eşidirdik”, - Tramp qeyd edib.


SON XƏBƏRLƏR

05 Yanvar 2026